Warning: copy() [function.copy]: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/gundem/public_html/plugins/content/mavikthumbnails.php on line 668

Warning: copy(http://www.gundeminfo.azimages/22noyabr2012/nadir.jpg) [function.copy]: failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/gundem/public_html/plugins/content/mavikthumbnails.php on line 668

Sumqayıt Dövlət Universitetində BAZAR



Sumqayıt Dövlət Universitetində (SDU) baş verən özbaşınalıqlarla bağlı ölkə mətbuatında silsilə yazılar dərc olunub. Adıçəkilən təhsil ocağında baş verən neqativ hallar və rüşvətin az qala həyat normasına çevrildiyini təsdiqləyən təkzibolunmaz faktlara isə hələ də hüquqi qiymət verilməyib. Bu arada isə SDU-da baş verənlərlə bağlı redaksiyamıza ilginc faktlar daxil olub.

DİA.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə, 2012-ci ilin qəbul planına uyğun olaraq TQDK-nın əmri əsasında SDU-ya qəbul olan tələbələrin adıçəkilən universitetə qeydiyyatı zamanı ortaya maraqlı bir fakt çıxmışdır. Məlumatda bildirilir ki, bu zaman SDU-ya qəbul olunmuş hər tələbədən qeydiyyata alınmaları məqsədilə hər birindən 50 manat məbləğində pul yığılıb. Ən maraqlısı isə budur ki, həmin pulu tələbələrdən tələb edərkən onlara deyilib ki, yığılan vəsait TQDK-nın sədri Məleykə Abbaszadəyə çatacaq. Pul yığımını isə SDU-nun elmi işlər üzrə prorektoru Yadigar Hüseynov həyata keçirmişdir.

Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, onun adından sui-istifadə edildiyindən xəbərdar olan TQDK sədri Məleykə Abbaszadə faktla bağlı yoxlamalar apartdırmış və daxil olan informasiyalar öz təsdiqini tapmışdır. Lakin hər dəfə olduğu kimi SDU-nun rektoru Nadir Qəhrəmanov «sudan quru çıxmağı» bacarıb. Əvəzində isə universitetin iqtisadiyyat fakultəsinin dekanı şəxsi ədavət zəminində bunun qurbanına çevrilərək işdən azad edilmişdir.

Bununla bağlı DİA.AZ-a ünvanlanmış müraciətdə deyilir: «Bu cür özbaşınalıqlar SDU-da mütəmadi olaraq təkrarlanır və demək olar ki, ənənə halını alıb. Maraqlıdır, bəs görəsən TQDK sədrinin adıyla yığılan pulların aqibəti necə olub? Bu işin arxasında kimlər dururdu və TQDK sədrinin adından istifadə təsadüfi idimi? Əminliyimizi bildirmək istəyirik ki, Nadir Qəhrəmanov baş verənlərlə bağlı TQDK sədri Məleykə Abbaszadədən üzr istəyəcək. Əks təqdirdə isə bu hadisə ilə bağlı bütün faktlar ən xırda təffərrüatları ilə ictimaiyyətə açıqlanacaqdır. Görəsən, təhsil nazirinin SDU-da baş verən bu qannunsuzluq və özbaşınalıqlardan xəbəri varmı? Universitetdə baş verən bu çirkin əməllə bağlı ətraflı xəbərdar olan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bununla bağlı hansı tədbirləri gördü? Yoxsa rektor icra başçısının ağzını doğurdanmı pulla bağladı? Biz bu və digər sualların cavablandırılmasına çalışacağıq».

NADİR QƏHRƏMANOV PREZİDENTƏ NECƏ YALAN DANIŞIB?

Sonda bir məsələyə də aydınlıq gətirək ki, bu günlərdə ölkə prezidentinin fərmanıyla SDU-nun bir qrup müəllimi «Tərəqqi ordeni» və əməkdar müəllim adlarıyla təltif olunub. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər: Aslanov Yusif Yusubəli oğlu, Bayramov Astan Əhmədxan oğlu, Cəfərov Şirin Teymur oğlu, Əhmədov Məhəmməd Aydın oğlu, Quliyev Telman Dadaş oğlu, Məmmədov Zakir Mətləb oğlu, Namazov Nizami Rza oğlu, Orucov Kamal Canəhməd oğlu. Azərbaycan Respublikasının Prezidenti həmçinin Sumqayıt Dövlət Universitetinin bir qrup əməkdaşlarına “Əməkdar müəllim” fəxri adlarınnın verilməsi haqqında sərəncam imzalayıb: Ağayev Əkbər Əli oğlu, Baxşəliyev Adil Baxşəli oğlu, Hüseynov Yadigar Yusub oğlu, Hüseynov Zəfər Qafar oğlu, Xəlilov Sabir Ağakişi oğlu, Xəlilov Sadiq Xosrov oğlu, Qədimov Ələddin Həsən oğlu, Qəhrəmanov Rəşid Fərrux oğlu, Ramazanov Qafar Əbdüləli oğlu, Səttarov Vaqif Qafar oğlu.

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, rektor Nadir Qəhrəmanov təqdim etdiyi siyahını şəxsi hissləriylə hazırlayıb və bu zaman SDU-nun əksər təcrübəli müəllimləri qəsdən unudulub. Əvəzində isə universitetdə rüşvət yığımına rəhbərlik edən Yadigar Hüseynov təltif olunanlar arasındadır. Həqiqətən mükafata layiq olan müəllimlər - Sosiologiya və Politologiya kafedrasının müdiri Rzaquliyeva Səvvarə Dövlət qızı, Texniki kibernetika kafedrasının müdiri F.H.Ələkbərov, Mexanika kafedrasının müdiri R.Ş.İsmayılov, İnformatika kafedrasının müdiri V.F.Mustafayev, H.O.Ağayev, T.D.Ağayev və digərləri isə rektorun onlara qərəzli münasibətləri səbəbindən həmin siyahıdan kənarda qalıblar.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11207 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...