Ruhi uşaqlarının atasının İlham Rəhimov olduğunu dedi

Xanım müğənni uşaqlarının atasının professor İlham Rəhimov olduğunu dedi

Azərbaycanın məşhur biznes ledisi Ruhi ilk dəfə olaraq mətbuata uşaqlarının atalarının kim olduğundan danışıb. GUNDEMİNFO.AZ azpolitika.info-ya istinadən bildirir ki, onlara sənəd aldığını bildirən Ruhi “ataları İlham müəllimdir, sənədlərə də onun adı yazılıb” deyib və özünün də bu mövzudakı söz-söhbətlərə son qoyulmasını istədiyini vurğulayıb: “Övladlarımın atası ilə bağlı kimin ağlına nə gəldi danışmasını, yazmasını qəbul edə bilmərəm. Çünki Məhəmmədlə Həsən bu gün uşaq olsalar da, gələcəyin kişisidirlər, əsgəridirlər, məmuru və müəllimi olacaqlar. Hər bir ana kimi mən də övladlarımın adına hər hansı bir ləkə gəlməsini, onların mənəvi travma almasını istəmirəm. Buna imkan da vermərəm. Nəyə görə kiminsə maraqlarına görə mənim övladlarım atasız, ya da atası bilinməyən adlansın?! Yenə deyirəm, övladlarımla bağlı geniş danışmaq istəmirdim. Ancaq... İllər cox tez keçir. Artıq bu gün-sabah övladlarımın 2 yaşları olacaq. Bu gün hələ körpə olan Məhəmmədlə Həsən sabah məktəbdə, hansısa universitetdə oxuyacaqlar. Dostları, tanışları olacaq. Mən istəmirəm ki, onlar nəyə görəsə, kimə görəsə dostlarının yanında başı aşağı olsunlar. Atasız adı alsınlar, ya da atalarının kim olduğu müzakirə edilsin...

Bu açıqlamanı da mən övladlarım gələcəkdə mənəvi zərbə almasın deyə verdim. İnanın, artıq bununla bağlı söz-söhbətdən, suallardan yorulmuşam...”. Azərbaycanda daha çox Rusiya prezidenti Vladimir Putinin tələbə dostu kimi tanınan professor İlham Rəhimovun övladları ilə maraqlanıb-maraqlanmadığı barədə suala isə biznes-ledi cavab vermək istəməyib: “Gəlin bu barədə də danışmayaq. Bu, bizim ikimizə aid olan bir məsələdir...”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
15946 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...