Benzinin 1 litri 1 manat oldu – Naxçıvanda

İran İslam respublikasından Naxçıvan muxtar Respublikasına gedən yol bağlandıqdan sonra bölgədə yanacağın qiyməti qalxıb.

İndi Sədərəkdən tutmuş Ordubada kimi bütün yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin qiyməti 1 manatadır.

Bu barədə “Axar.az”a Şərur rayon Şahtaxtı sakini Muxtar Əliyev məlumat verib. Onun dediyinə görə, iki gündür ki, muxtar respublikada yanacaq qıtlığı hiss edilir. «Hətta 1 manata belə benzin tapmaq müşkülə çevrilib. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi isə bilinmir»

Naxçıvandan aldığımız məlumata görə, dizel yanacağının qiyməti Muxtar Respublikada 1 manata qalxıb, amma Aİ 92 benzini qalxmayıb: "Benzinin qiyməti qalxmasa da, məhdudiyyətlər tətbiq edilib. Yanacaqdoldurma məntəqələri 5-6 litrdən artıq benzin satmırlar. "İranla sərhəd-keçid probleminin yaranmasına görə qıtlıq yaranıb" - deyirlər".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1512 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...