Warning: copy() [function.copy]: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/gundem/public_html/plugins/content/mavikthumbnails.php on line 668

Warning: copy(http://www.gundeminfo.azimages/14avqust2012/qazax muelimler institu.jpg) [function.copy]: failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/gundem/public_html/plugins/content/mavikthumbnails.php on line 668

Qazax Müəllimlər İnstitutunda müdhiş fırıldaq faktları



Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı haqda redaksiyamıza şikayət məktubu ünvanlanıb. DİA.AZ-a daxil olan şikayət məktubunda bildirilir ki, illərdir 2000-ci ildən fəaliyyət göstərən institutda tədris yoxdur.


Redaksiyamıza müraciət ünvanlayan Elçin adlı tələbə bildirir: “Burda ancaq diplom satırlar. Tədris ocağının rəhbəri İsa Veysov diplom satışı üzrə əməlli-başlı bazar açıb və onun bazar yaxşı da gəlir gətirir”.

Tələbənin sözlərinə görə bu instituta kütləvi şəkildə TQDK-dan kənar qəbul aparılır: «TQDK yolu ilə gələn tələbələrin balı isə çox aşağı olduğundan bu təhsil ocağı yalnız savadsız müəllimlər buraxır. Daha doğrusu savadsız adamları müəllim adı ilə orta təhsil ocaqlarına yollayır. Bunun nəticəsidir ki, Qazax və ətraf rayonların təhsil sistemi üçün qara yaraya çevrilib. Çünki məktəblərdə dərs deyən bu müəllimlərin çoxusu öz adını belə yaza bilmir.» 

Şikayəıtçinin sözlərinə görə, institutn rəhbəri İsa Veysov ağzını açanın ağzını yumur: «Uzun müddət Qazaxın keçmiş İcra başçısı Rauf Hüseynovun dayağına arxalanan İsa Veysov həmçinin Qazax polisində yüksək vəzifədə çalışan oğlu Veyis Veysovun hesabına hər kəsin ağzını yummağı bacarır. Çünki Qazax Müəllimlər İnstitutu haqqında ağzını açan hər kəs Veyis Veysovun «polis hədələri» ilə üzləşir. Elə buna görə də Qazax camaatı uşaqlarının gələcəyini məhv edən İsa Veysovun qarşısında susmağa məcburdur.»

İnstitutda demək olar ki, heç bir tədris keçirilməməsini dilə gətirən şikayətçinin sözlərinə görə burda yalnız diplom satılır və elə buna görə də Qazax camaatı «Müəllim düzəldən yer» adlandırır. Son illərdə Qazax rayonunda təhsillin səviyyəsinin sıfır həddinə çatdığını bildirən şokayətçi qeyd edir ki, artıq Qazaxdan və ətraf rayonlardan ölkənin prestijli ali məktəblərinə daxil olanlar yoxdur. Əgər kimsə də harasa daxil ola bilirsə də bu ancaq pul gücünə baş verir.

Narazı tələbə bildirir ki, İsa Veysovdan və onun polis oğlundan Qazaxda o qədər qorxurlar ki, heç kim ürək edib yuxarı orqanlara müraciət edə bilmir: “Edilən şikayətlər baxılmaq üçün yenidən Qazax yetkililərinə göndərildiyi üçün heç kəs səsini çıxarmır və bu üzdən bir rayonun təhsil sistemi İsa Veysovun açdığı bazarın hesabına tamimilə məhv olub”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13160 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...