Azərbaycan dünya aviasiya məkanına buraxılmır

Azərbaycan Vahid Aviasiya Məkanına daxil olmağa hazır deyil. Azərbaycan hələ Avropa İttifaqı ilə Vahid Aviasiya Məkanı haqda sazişin razılşadırılmasını davam etdirib bu sənədi imzalamağa hazır deyil. Buna səbəb yerli aviadaşıyıcının avropalı aviaşirkətlərlə rəqabətinin mümkün mənfi nəticələridir.

GUNDEMİNFO.AZ-ın “Turan”-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Mülki Aviasiya İdarəsinin illik hesabatında bildirilib.

Bu məsələ Bakıda danışıqların birinci mərhələsinin (2013-cü ilin 24-25 yanvar) və İCAO Assambleyasının Monrealda (Kanada) keçirilən 38-ci sessiyasında (24 sentyabr-4 oktyabr) AB-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatındakı nümayəndə heyəti ilə  müzakirə predmeti olub.

Azərbaycan tərəfi öz mövqeyini yerli aviaşirkətlərin bu razılaşmanın tələblərinə əsasən işləməyə hazır olmaması ilə izah edir: «Azərbaycan hökuməti aviasiya infrastrukturunun inkişafına böyük investisiyalar yatırır və ona görə də bu mərhələdə razılaşmanın imzalanması yerli aviaşirkətləri əlverişsiz vəziyyətə sala bilər».

Razılaşmaya qoşulmağa dövlət “Azerbaijan Airlines” QSC də etiraz edir.

Qeyd edək ki, AB-nin Vahid Avropa tərkibinə daxil olmayan ölkələrlə vahid hava məkanını yaratdığı Single European Sky layihəsi 2004-cü ildə işə salınıb. Onun təşəbbüskarlarının ideyasına görə, hava məkanında daha təhlükəsiz və effektiv istifadə və AB daxilində və xaricində hava hərəkatının idarə edilməsi hesabına o bütün istifadəçilərə fayda gətirəcək. Hava hərəkatının idarəedilməsi milli sərhədlər çərçivəsində milli idarələrə tabe olmayacaq; bunun əvəzində sərhədləri hava məkanının istifadəsinin yüksək effektivliyi tələblərinə cavab verən «hava məkanının funksional blokları» yaradılacaq.

Mülki Aviasiya Administrasiyasında deyiblər ki, hazırda 27 xarici aviaşirkət Azərbaycanın aviasiya məkanından istifadə edə bilər. ECAA Agreement-ə qoşulma bu icazə prosedurunun ləğvini nəzərdə tutur. AZAL isə Avropada 8 marşrut üzrə reys həyata keçirir.

Onu da qeyd edək ki, Gürcüstan və Ukrayna bu sazişi imzalayıb.

 

 

 


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...