Bakıda Ukrayna səfirliyi bağlandı – özəl

 

 

 

Fevralın 22-dən etibarən Ukraynada baş verən prosseslər nədəniylə bu ölkənin  Bakıda səfirliyi bağlanıb. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko da dünən Bakını tərk edib. GUNDEMİNFO.AZ-a məlumat verən vətəndaşlar bildiriblər ki, səfirliyin binasında heç kim yoxdur. Ukraynaya getmək istəyən şəxslərə isə heç bir cavab verilmir. Hətta dünən axşamdan etibarən Bakı-Kiyev aviareylərinin də təxirə düşdüyü söylənilir. Məlumatlara əsasən artıq dünən gecədən etibarən səfir Aleksandr Mişenko Kiyevə dönüb. Onun Yanukoviç iqtidarına qarşı etiraz edən məmurlardan biri olduğu deyilir. Qeyd edək ki, Ukrayna Ali Radası Leonid Kojaranın xarici işlər naziri vəzifəsinin icrasından kənarlaşdırılması barədə qanun qəbul edib.Qanun layihəsinin lehinə 237 deputat səsə verib. Bununla da, L. Kojara xarici işlər nazirinin vəzifəsinin icrasından kənarlaşdırılıb. Nazirin istefaya göndərilməsindən sonra isə əsasən Ukrayna ilə strateji müttəfiqlik edən diplomatik korpusların rəhbərlərinin də səlahiyyətləri dondurulduğu söylənilir. Bildirilir ki, xarici işlər nazirinin istefaya göndərilməsindən sonra Rusiya, Ermənistan, Azərbaycandakı səfirlərin etimadnamələri də qüvvədən düşmüş hesab edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
14700 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...