Warning: copy() [function.copy]: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/gundem/public_html/plugins/content/mavikthumbnails.php on line 668

Warning: copy(http://www.gundeminfo.azimages/stories/010700023634.jpg) [function.copy]: failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/gundem/public_html/plugins/content/mavikthumbnails.php on line 668

Azərbaycanda məmurlar vətəndaşlar hesabına varlanacaq – 1 yanvardan artan rüsumlar

 

Yanvarın 1-dən dövlət rüsumlarına dəyişikliklər edilib, vətəndaşalr və şirkətlər müəyyən əmıəliyyatlar üçün 2 və daha çox dəfə artıq ödəyəcəklər.

Məhkəmə iddiaları üzrə dövlət rüsumunun məbləği artırılıb. Məsələn, əvvəllər 110 manatdan az iddia üçün 3 manat, bundan çox üçün 20 manat ödənilirdisə, indi bu yanaşma dəyişib:  500 manata qədər tələb üçün 20 manat, bundan çox üçün 30 manat ödəniləcək.

Cərimə qoyulması üçün iddia üzrə dövlət rüsumu indi 40 manatdır. Ədalət naminə deyək ki, apellyasiya və kassasiya şikayəti üzrə  dövlət rüsumu azaldılıb. Əvvəllər bu məbləğ birinci instansiya məhkəməsi üçün dövlət rüsumunun 120 və 150%-i qədər idisə, indi bunun 50%-i kifayətdir.

Daşınmaz əmlak əməliyyatları, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, viza sənədləşməsi, müqavilələrin notarial təsdiqi üçün dövlət rüsumu həcmi ciddi artırılıb. Məsələn, əgər əvvəl qohumlar arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün 7 manat ödənilirdisə, indi bu məbləğ 13 manatdır. Bakıdakı əmlak başqasına satılırsa, dövlət rüsumu 200 manatdır. Əvvəllər bu məbləğ 110 manat idi. Başqa şəhərlərdə dövlət rüsumu 80 manat olub (əvvəllər 44 manat idi).

Əgər əvvəllər ad, soyadı və ata adının dəyişdirilməsi üçün 3 manat ödənilirdisə, indi bu, 10 manata başa gələcək.

Milli Məclisin üzvü Fazil Mustafa bu yanaşmanı doğru saymır. «Cərimə və dövlət rüsumlarının bir neçə dəfə artırılması özünü doğrultmur, məqsəd vətəndaşların hesabına məmurların sosial müdafiəsinin yaxşılaşdırılmasıdır. Bu, ölkə vətəndaşlarının hüquqlarının pozulmasıdır», deyə deputat qeyd edib. O, hesab edir ki, korrupsiya ilə mübarizə dövlət rüsumlarının yox, məmurların maaşının artırılması yolu ilə aparılmalıdır.

2011-ci ildə korrupsiya ilə mübarizə çərçivəsində dövlət başçısı cərimə sanksiyası və dövlət rüsumlarından əldə edilən vəsaitin 25%-30%-nin yol polisi, Gömrük Komitəsi, Ekologiya Nazirliyi, Əmlak Məsələləri Komitəsi, notariusların və s. əməkdaşlarının maaş artımına yönəldilməsi barədə sərəncam verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11858 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...