Azərbaycanda insan bədənindən cin çıxaranlar dəhşətli VİDEO

YouTube sosial şəbəkəsində Azərbaycanda çəkilmiş və ekzorsistin fəaliyyətinin əks olunduğu video yerləşdirilib

GUNDEMİNFO.AZ yazır ki, adının Vüsal Mərdinli olduğu və “cindar” – cinləri qovan kimi fəaliyyət göstərdiyi bildirilən şəxs yerdə uzadılmış “xəstənin” başı üzərinə çökərək, onunla, daha doğrusu onun daxilində olan pis ruhla danışır.

Bu zaman həmin “cindar” yerdə uzanmış şəxsin daxilindəki “şeytanın” adını soruşur, Qurandan sitatlar gətirir, onu Allaha itaət etməyə, gənci rahat buraxmağa çağırır.

Artıq şərhə ehtiyac olmadığını düşünərək, sizləri bu video ilə tanış olmağa dəvət edirik.

Qeyd edək ki, ekzorsizm – pis ruhların və digər qeyri-təbii varlıqların dinin müəyyənləşdirdiyi dualar, ayinlərin vasitəsilə xəstənin bədənindən qovulmasıdır. Ekzorsizmin tarixi qədimdir və bir çox dinlərdə etiqad sisteminin tərkibinə daxildir. Müasir tibb insanın bənzər şəkilə düşməsini bəd ruhla deyil, psixiki pozğunluqla yaxud da diqqəti özünə cəlb etməklə əlaqələndirir, ekzorsizm yolu ilə sağlamanı isə özünətəlqin hesab edirlər.

İslam dinində ekzorsizmə “cinlərin qovulması” deyilir.

JavaScript is disabled!
To display this content, you need a JavaScript capable browser.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7840 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...
Ikiüzlü Azərbaycan
İdris Heydərli     ...
Video
"Xoca" FILMI